Albaniya Prezidenti Bayram Beqay Azərbaycana səfərə yola düşüb.
Sitat.info xəbər verir ki, onun energetika sahəsində Azərbaycanla əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Bundan əlavə, ssəfər zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Albaniyada müasir qazlaşdırma şəbəkəsinin inşasına olan qarşılıqlı maraq müzakirə olunacaq.
Eyni zamanda səfər çərçivəsində Albaniyadan regionun digər ölkələrinə qazın paylanması üzrə layihələrin reallaşdırılmasına xüsusi diqqət yetiriləcək.