Rusiya Xarici İşlər Nazirliyi 9 finlandiyalı diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, Rusiyanın qonşusu və NATO-nun ən yeni üzvü Finlandiyadan 9 diplomatı açıq şəkildə ölkədən çıxaracaq.
Nazirlik Finlandiya səfirini Helsinkinin anti-Rusiya mövqeyinə görə çağırdığını bildirib.
Qeyd edək ki, Finlandiya ötən ay 9 rus diplomatını kəşfiyyat missiyalarında işləməkdə ittiham edərək ölkədən çıxardığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info