İran və Sudan xarici işlər nazirləri son 7 ildə ilk dəfə Bakıda görüşüblər

16:31 6 İyul 2023

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Sudan xarici işlər nazirinin müavini Əli əs-Sadiq Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısında iştirak etmək üçün Bakıda görüşüblər.

Sitat.info xəbər verir ki, Abdullahiyan və Sadik görüşün keçirildiyi Bakı Konqres Mərkəzində görüşüblər.

Nazirlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yaxşılaşdırılması və “anlaşılmazlıqların aradan qaldırılması” çərçivəsində fikir mübadiləsi aparıblar.

Sözügedən təmas 7 ildən sonra iki ölkə arasında bu səviyyədə ilk diplomatik təmas hesab edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti