Paşinyan yenə “nala-mıx”a vurdu: İrəvanın yeni sülh oyunu - referendum hoqqası

15:45 24 Mart 2022

“Dünyada və regionda vəziyyət gərgindir. Biz gərginliyin səviyyəsini azaltmaq və fundamental həll yollarını tapmaq üçün özümüzü məsuliyyətli sayır və hesab edirik ki, Ermənistanla Azərbaycan arasında dərhal sülh danışıqları başlamalıdır”.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib. Paşinyan həmçinin bildirib ki, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə paralel, həm də demarkasiya və delimitasiya üzrə işləri sürətləndirmək lazımdır.

Ancaq sərhədlərin demarkasiyası və delimitasiyasından öncə iki ölkə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımalı, sülh müqaviləsi imzalanmalı və diplomatik əlaqələrin qurulması üçün nota mübadiləsi edilməlidir. Yəni “atı arabanın arxasına deyil, qabağına bağlamaq” məsələsi. Dünya praktikası məhz bunu diktə edir. Azərbaycan qonşu Rusiya və Gürcüstanla münasibətlərini də elə bu ardıcıllıqla tənzimləyib: sülh müqavilələri imzalanıb, sonra sərhədlərin dəqiqləşməsinə keçilib.

Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı razılığa gəlindi

Erməni tərəfi isə öz aləmində axır vaxtlar belə bir hiyləgər tezisi tirajlayır ki, guya Ermənistan və Azərbaycan hələ MDB-yə üzv olanda bir-birinin ərazi bütövlüyünü tanıyıb. Ancaq gerçək budur ki, iki ölkə indiyədək sülh müqaviləsi imzalamayıb. Başqa yandan, əgər İrəvan ölkəmizin ərazi bütövlüyünü hələ 94-cü ildə tanıyıbsa, o zaman nədən bunu ikitərəfli sazişlə təsdiqləməkdən qorxur və israrla yayınır? Cavab aydındır - ərazi iddiası!..

Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək yoldan danışıb - BBC  News Azərbaycanca

Ermənistanın Azərbaycanla ədalətli sülhdə maraqlı olmadığını Nikol Paşinyanın bugünkü iclasda söylədiyi ağ yalan da təsdiqləyir. Sitat: “Azərbaycan ilyarımdır 44 günlük müharibədə şanlı qələbə qazandığı haqda təbil çalır. Amma hər şey onu deməyə əsas verir ki, bunca iztirab və məhrumiyyətlərdən sonra da 117 minə yaxın erməninin Qarabağda yaşamasını Azərbaycan özünün ən böyük məğlubiyyəti sayır və bu səbəbə qarşıya etnik təmizləmə siyasətini başa çatdırmaq üçün hər şeyi etmək vəzifəsi qoyulub”.

Sülh istəyən bir ölkənin rəhbərinin növbəti həyasızlığı və iftirası!

Əvvəla, Azərbaycan torpaqlarında etnik təmizləmələri, soyqırımları hansı işğalçı ölkənin və hansı xalqa qarşı həyata keçirdiyi çoxdan bəlli. Azərbaycan sadəcə, öz qanuni və halal torpaqlarını işğaldan azad edib. Rəsmi İrəvan isə əgər gerçəkdən, Qarabağda qalan 117 minlik yox (bu da başqa bir ağ yalan!) 20-25 minlik erməninin taleyindən narahatdırsa, sivil çözüm yolu çoxdan bəlli: ləngimədən Azərbaycanın ərazi bütövlüyünün tanınması, qeyd-şərtsiz sülh müqaviləsinin imzalanması, oradakı ermənilərin Konstitusiyamızı tanıması...

Di gəl ki, Paşinyan “nala-mıx”a vurmağa davam edir. Yenə erməni hiyləsi, erməni riyakarlığı. Gah bizimlə sülhdən dəm vururlar, gah da ölkəmizə qarşı ərazi iddiasına bu və ya digər şəkildə davam edirlər. İddianın ən yumşaq təqdimatı isə belədir: sülh müqaviləsindən öncə “artsax”ın yekun statusu dəqiqləşməlidir. Son olaraq bunu Ermənistan xarici işlər naziri Ararat Mirəzyan parlamentdəki dünənki çıxışı zamanı dilə gətirib.

Ararat Mirzoyan İran İslam Respublikasına işgüzar səfər edəcək

Mirzəyan bildirib ki, “İrəvan üçün prinsipial məsələ Qarabağ sakinlərinin hüquqları və “Dağlıq Qarabağ”ın statusudur”. Buna isə onun qənaətincə, Bakı guya hələ cavab verməyib. Halbuki cavab çoxdan məlumdur: Qarabağdakı ermənilər üçün heç bir xüsusi status olmayacaq. Prezident İlham Əliyev Novruz bayramı günlərində Suqovuşana elədiyi səfər zamanı bunu bir daha bəyan elədi. DQMV-nin 1923-cü ildə ərazimizdə tam qanunsuz və ədalətsiz şəkildə yaradıldığını söyləməklə. Bundan artıq cavab?..

Ermənistan XİN başçısı isə bir az da qabağa gedərək, Azərbaycanla sülh müqaviləsi ilı bağlı referendum keçirilə biləcəyini də istisna etməyib. “Mən heç nəyi istisna edə bilmərəm. Bu, bir çox hallardan asılı olacaq”, - deyə Mirzoyan qeyd edib.

Bu da sülhdən yayınmaq üçün erməni tərəfinin təzə hoqqası. Guya Ermənistan cəmiyyəti referendumda sülh müqaviləsinin, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması əleyhinə səs versə nə dəyişəsidir ki? Azərbaycanı BMT və digər beynəlxalq təşkilatlardan xaricmi edəcəklər? Əlbəttə ki, yox.

Azərbaycan-Ermənistan: sərhəd vəziyyəti

Absurda bax. Sanki Ermənistanın hansı ərazisini Azərbaycana verilməsi məsələsi gündəmdədir ki, referendumdan dəm vurular. Bu halda Ermənistan beynəlxalq hüquqa sayğısızlığı növbəti dəfə üzə çıxmış olacaq. Bütün hallarda babalı öz boyunlarına. Bununla onlar bir daha sülhün deyil, müharibənin tərəfdarı olduqlaırnı növbəti dəfə bütün dünyaya nümayiş etdirəcəklər. Təbii ki, qarşılığını da alacaqlar. Erməni xalqının zilləti, faciələri bitməyəcək...

Özləri bilər. Ancaq Paşinyanın öz təbirincə desək, doğrudan da dünyada və regionda vəziyyət gərgindirsə və bu vəziyyət region ölkələrindən ən çox Ermənistanı təhdid edirsə, ondan yayınmağın tək yolu bəlli: sülh oyunları və hoqqabazlıqlara təcili son verib, qonşu Azərbaycan və Türkiyə ilə beynəlxalq hüququn təməl prinsipləri əsasında, səmimi şəkildə sülh sazişləri imzalamaq. Sonra gec olacaq. Çünki zaman həqiqətən İrəvanın xeyrinə işləmir...



Xəbər xətti