NATO ölkələrinin müdafiə xərcləri bu il 8,3% artacaq

17:52 7 İyul 2023

Bildirilir ki, 2023-cü ildə NATO müttəfiqlərinin müdafiə xərcləri 8,3 faiz artaraq hazırkı qiymətlərlə 1,2 trilyon dolları keçəcək.

Sitat.info xəbər verir ki, NATO-nun açıqladığı statistikaya görə, bu ilin təxmini rəqəmləri NATO ölkələrinin ABŞ, Kanada və Avropadakı ümumi müdafiə xərclərinin 8,3 faiz artımla tarixi bir şəkildə artacağını göstərir.

Cari qiymətlər və valyuta məzənnələri nəzərə alınmaqla aparılan təxmini hesablamalara görə, ABŞ ardıcıl 9-cu ildir artan xərclərdə birinci yerdədir. ABŞ-ın müdafiə xərclərinin 860 milyard dollara çatacağı təxmin edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti