BMT Baş katibi Taxıl Dəhlizi Sazişinin davam etdirilməsinin vacibliyini vurğulayıb

21:29 7 İyul 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş bəyan edib ki, Qara dəniz taxıl dəhlizi sazişi təşəbbüsü davam etdirilməlidir.

Sitat.info xəbər verir ki, BMT mətbuat katibinin müavini Farhan Haq açıqlamasında bildirib ki, BMT-nin baş katibi Quterreş Rusiya və Ukraynadan ərzaq və gübrə ixracının qlobal ərzaq təhlükəsizliyi üçün vacib roluna işarə edib.

“Baş katib bu məhsulların qlobal bazarlara problemsiz, səmərəli və miqyasda çıxmasını təmin etmək üçün 2022-ci ilin iyulunda İstanbulda imzalanmış sazişlərin tam və davamlı şəkildə həyata keçirilməsinin vacibliyini bir daha vurğulayır”, - Haq açıqlamasında deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti