Rusiya ordusu Krivoy Roqu dronlarla vurdu

10:08 8 İyul 2023

Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O bildirib ki, hücum zamanı 1 nəfər yaralanıb:

“Ümumilikdə, 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib.

Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə isə ziyan dəyib”.



Xəbər xətti