Stoltenberqdən razıdırlar - NATO Baş katibinin səlahiyyət müddəti uzadılır

17:25 24 Mart 2022

Yens Stoltenberq NATO Baş katibi vəzifəsində daha bir il qalacaq.

Musavat.com xarici agenltikərə isitnadən xəbər verir ki, bu barədə Norveçin TV-2 kanalı məlumat yayıb.

Norveç baş naziri Qar Störe belə bir qərarın qəbul olunmasını məmnuniyyətlə qarşılayacaqlarını bildirib.

Bundan başqa ABŞ rəsmiləri də Yens Stolternberqə dəstəklərini ifadə ediblər. Bu həftənin 3-cü günü ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Financial Times” qəzetinə verdiyi müsahibədə norveçli siyasəçinin fantatsik çalışdığını və NATO-da həlledici rol oynadığını söyləyib.

Belçika baş naziri Aleksander de Kroo hazırkı qasırğalı günlərdə "gəminin kapitanı"nı dəyişməyin doğru olmadığını vurğulayıb. Holandiya müdafiə naziri Kaysa Ollenqren isə Yens Stoltenberqi hamının tanıdığı və etibar etdiyi adam kimi təsvir edib.



Xəbər xətti