Somalidə Əl-Şəbab əməliyyatı: 40-dan çox ölü

08:33 10 İyul 2023

Somali ordusu havadan və qurudan keçirdiyi əməliyyatla terror təşkilatı Əl-Şəbabın 40-dan çox üzvünü zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, Somali İnformasiya Nazirliyinin verdiyi açıqlamaya görə, beynəlxalq koalisiyanın dəstəyi ilə Aşağı Cuba bölgəsindəki Velmaro kəndində Əl-Şəbaba qarşı hava və quru əməliyyatı həyata keçirilib.

Qurudan xüsusi təlim keçmiş Danab qoşunlarının əməliyyatı zamanı təşkilatın 40-dan çox üzvü öldürülüb.

ABŞ-ın tez-tez havadan dəstək verdiyi Somali ordusu son aylarda təşkilata qarşı əməliyyatlarını artırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti