İsrail ordusu 1 fələstinlini öldürüb

14:47 10 İyul 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində hücuma cəhd etdiyi iddia edilən bir fələstinlini öldürdüyü bildirilir.

Sitat.info xəbər verir ki, İsrail Ordusu Radiosundan verilən açıqlamada İordan çayının qərb sahilinin şimalında Fələstinin Deyr Nizam qəsəbəsi yaxınlığındakı qeyri-qanuni yəhudi Nave Tsuf qəsəbəsində hücum cəhdinin qarşısı alındığı bildirilib.

Açıqlamada İsrail əsgərlərinin Neve Tsuf qəsəbəsində partlayıcı yerləşdirmək istəyərkən bir nəfəri öldürdüyü qeyd edilib.

Hadisə nəticəsində ölən və yaralanan israilli olmadığı bildirilib.

Digər tərəfdən Fələstin Səhiyyə Nazirliyi öldürülən şəxsin 33 yaşlı Fələstinli Ömər Kadah olduğunu açıqlayıb.

Qeyd edək ki, İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilində 250-dən çox qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var.

İşğal olunmuş Fələstin ərazisində yəhudi məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab olunur.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti