Rusiyada sualtı qayıqların keçmiş komandiri Stanislav Rujitski Krasnodar şəhərində qaçış zamanı güllələnib.
Sitat.info xəbər verir ki, Rusiyada keçmiş sualtı qayıq komandiri, 42 yaşlı Stanislav Rujitski dünən səhər Krasnodar şəhərində qaçış zamanı hücuma məruz qalıb. Göy papaq, cins şalvar və qara köynək geyinmiş 30-40 yaşlarında olan bir şəxs Rujitskiyə 7 dəfə atəş açıb, 2 güllənin sinəsinə, 2 güllənin isə kürəyinə dəyməsi nəticəsində həyatını itirib.
Rusiya İstintaq Komitəsi qətllə bağlı araşdırma başlandığını və şübhəlinin tutulması üçün işlərin aparıldığını açıqlayıb. Rujitskinin qol saatına əsasən, onun hər gün eyni yerdə və eyni vaxtda qaçdığı müəyyən edilib.
Seymur Bənnayev
Sitat.info