Zelenski NATO-dan Ukraynaya təhlükəsizlik zəmanəti verməsini istəyəcək

12:07 12 İyul 2023

Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti almaq istədiklərini və bu barədə NATO Sammitində danışacağını, həmçinin ölkəsinə silah dəstəyi istəyəcəyini bildirib.

Sitat.info xəbər verir ki, Zelenski bu gün Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində ilk iclası keçiriləcək NATO-Ukrayna Şurasının iclası üçün gəldiyi yeni qurulan Litexpo-da jurnalistlərə açıqlama verib.

Bugünkü danışıqlarda bəzi prioritetlərin olduğunu deyən Zelenski, bunlardan birinin Rusiya ilə müharibə vəziyyətində olan ölkəsinə ediləcək silah yardımı paketi, digərinin isə Ukraynanın NATO üzvlüyü olduğunu bildirib.

NATO ölkələri ilə razılaşmaq istədiklərinə diqqət çəkən Zelenski deyib: "Bu gün eşitdiyimiz və anladığım odur ki, təhlükəsizlik tədbirləri imkan verdikdə NATO-ya üzv olmaq üçün dəvət alacağıq. Bu gün mən tərəfdaşlarımla bunları danışmaq istəyirəm".

Zelenski NATO-ya üzv olmaq yolunda təhlükəsizlik zəmanəti istədiklərini vurğulayıb.

Ukrayna prezidenti Zelenskinin NATO-nun Vilnüs sammitində yaradılması qərara alınan NATO-Ukrayna Şurasının ilk iclasında iştirak etdikdən sonra ABŞ prezidenti Co Baydenlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti