Ukrayna Baxmutda bəzi mövqelərə nəzarəti ələ keçirdiyini açıqlayıb

12:15 12 İyul 2023

Ukrayna Baş Qərargahı ordunun Baxmut şəhərinin şimal və cənubunda bəzi mövqelərə nəzarəti bərpa etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzinin sosial media hesabından Ukrayna Baş Qərargahının mətbuat katibi Andrey Kovalyovun Baxmutdakı vəziyyətlə bağlı bəyanatı paylaşılıb.

Ukrayna ordusunun Baxmut şəhərinin şimalında və cənubunda əks-hücum əməliyyatlarını davam etdirdiyini qeyd edən Kovalyov: “Qoşunlarımız Bilə-Qora-Andriyevka və Bilə-Qora-Kurdyumovka istiqamətlərinin bəzi hissələrində uğur qazanıb, bu ərazilərdə qoşunları birləşdirilərək mphkəmlənmə işləri aparılır".

Ukrayna əsgərlərinin rusların hədəflərinə artilleriya atəşi açması və əks-artilleriya tədbirləri görməsi barədə məlumatı paylaşan Kovalyov rus qoşunlarının güclü müqavimət göstərdiyini, qoşunlarını yeritdiyini və ehtiyatlarından istifadə etdiyini qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin Tavriya bölməsinin komandiri Aleksandr Tarnavski də sosial media hesabında Tavriyanın şərqində qarşıdurmaların davam etdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti