ABŞ Suriyadakı bazalarına hərbi və logistik dəstək vasitəsi göndərib

15:56 12 İyul 2023

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Həsəkə əyalətindəki bazalara təxminən 100 maşından ibarət hərbi və logistika gücləndirmə karvanı göndərib.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, dünən İraq və Suriya arasındakı əl-Valid sərhəd-keçid məntəqəsindən ABŞ qüvvələrinin iki karvanı Həsəkəyə daxil olub.

Təxminən 100 avtomobildən ibarət iki karvan ABŞ qüvvələrinin Həsəkə çölündə terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Şəddadi, Rumeylan və Tel-Beyder yaşayış məntəqələrindəki bazalarına çatıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti