Çin dünyanın ilk metanla işləyən raketini kosmosa uğurla buraxıb

17:33 12 İyul 2023

Çinin "LandSpace" şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən “Zhuque-2” raketi uğurla kosmosa göndərilib.

Sitat.info xəbər verir ki, "South China Morning Post" (SCMP) xəbərinə görə, özəl aerokosmik şirkəti "LandSpace" raketin kosmosa buraxılması ilə bağlı açıqlama verib.

Qobi səhrasındakı "Jiuquan" peyk buraxılış mərkəzindən buraxılan "Zhuque-2", faydalı yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti