Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Kiyevin Londonu Amzaon mağazasının analoqu hesab etməməsi ilə bağlı bəyanatını şərh edib.
Sitat.info xəbər verir ki, Dmitri Kuleba bu sözləri deyib:
“Düşünürəm ki, bu, Böyük Britaniyanın müdafiə naziri tərəfindən uğursuz bir anlaşılmazlıq idi. Əslində, Britaniyanın baş naziri Rishi Sunak özü nazirini təkzib etdi və açıq şəkildə Ukraynanın minnətdarlığını yüksək qiymətləndirdiyini söylədi. Orada kiminsə özünü Amazon hesab etməsi problem deyil, biz onun Amazon olmasına qarşı deyilik. Qoy o, Ukraynanın üzünə açıq Britaniya silahlarının böyük anbarı olaraq qalsın".
Uolles bir qədər əvvəl belə bir fikir bildirmişdi ki, Qərbdə insanlar Ukraynaya verdiyi dəstəyə görə “təşəkkür etmək istəyirlər” və Kiyev buna daha çox diqqət yetirməlidir. O əlavə edib ki, Kiyevin almaq istədiyi bütün silahların tədarükü baxımından Böyük Britaniya Ukrayna üçün Amazonun analoqu deyil.
Britaniyanın “The Guardian” qəzeti Uollesin açıqlamalarına səbəb kimi Ukrayna prezidenti Vladimir Zelenskinin iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə NATO ölkələrinin respublikanı alyansa dəvət etməkdən çəkinməsi ilə bağlı narazılığını irəli sürüb.
Vilnüsdə mətbuat konfransında danışan Zelenski Uollesə ukraynalıların hərbi yardıma görə hər səhər ona təşəkkür etməsini təklif edib.
Ayna,
Sitat.info