Putindən "Vaqner"lə bağlı maraqlı açıqlamalar: Belə bir hüquqi şəxs yoxdur!

16:31 14 İyul 2023

"Qanun yoxdursa, muzdlu Vaqner şirkəti də yoxdur. Belə bir hüquqi şəxs yoxdur”.

Sitat.info xəbər verir ki, bu sözləri Vladimir Putin “Kommersant” qəzetinə  Rusiya administrasiyasına qarşı üsyan edən muzdlu qrup “Vaqner”lə bağlı açıqlamasında deyib.

Vəziyyətin Rusiya cəmiyyəti üçün çox aydın olduğunu deyən Putin "Vaqner" döyüşçülərinin şərəflə döyüşdüyünü, lakin 24 iyun qiyamına çəkildiyini və bunun üzücü olduğunu bildirib.

“Onlarla görüşümdə bir tərəfdən döyüş meydanında etdiklərini, digər tərəfdən 24 iyun hadisələri zamanı etdiklərini dəyərləndirdim. Gələcəkdəki münaqişələrə qatılmaq da daxil olmaqla onlara xidməti üçün mümkün variantları gösrdim. Hamısı bu qədərdir”, - deyə o bildirib.

“Vaqnerin döyüş birliyi olaraq mövcud olmağa davam edəcəkmi” sualına Putin belə cavab verib: “Vaqnerin muzdlu şirkəti yoxdur. Şəxsi hərbi şirkətlərlə bağlı qanunlarımız yoxdur. Deməli, qanun yoxdursa, muzdlu Vaqner şirkəti də yoxdur. Belə bir hüquqi şəxs yoxdur. Qrup var, amma qanuni olaraq mövcud deyil”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti