Berdiməhəmmədov bu naziri qovdu

10:00 15 İyul 2023

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov energetika naziri Hacıməhəmməd Rəcəbmuradovu işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edib.

Sitat.info xəbər verir ki, bu barədə rəsmi "Neytral Türkmənistan" qəzeti ölkənin Nazirlər Kabinetinin ötən gün keçirilən geniş iclasının yekunlarına dair məlumat yayıb.

Bildirilib ki, S.Berdiməhəmmədov yeni energetika naziri vəzifəsinə əvvəllər nazir müavini vəzifəsində çalışan Annageldi Saparovu təyin edib.



Xəbər xətti