"Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir".
APA- nın yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
qeyd edib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsi olub.
“Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu barədə çox açıq və aydın danışmaq imkanımız oldu”, - deyə Türkiyə Prezidenti bildirib.