Krım körpüsünə hücumu hansı tərəf edib? Ukrayna mətbuatı açıqladı

11:03 17 İyul 2023

Ukrayna mətbuatı ötən gecə Krım körpüsünə hücumun Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirildiyini yazıb.

Sitat.info xəbər verir ki, “RBK-Ukrayna” xəbər saytı UTX-dakı öz mənbələrinə əsaslanaraq ötən gecə Krım körpüsünün strukturunun korlanmasının səbəbləri ilə bağlı hesabat dərc edib.

Xəbərdə Krım körpüsünə hücumun UTX və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən planlaşdırıldığı və yerüstü pilotsuz uçan aparatların köməyi ilə həyata keçirildiyi bildirilib.

Xəbər saytına danışan mənbə: “Körpü yerüstü dronlarla hücuma məruz qalıb. Körpüyə çatmaq çətin idi, amma nəhayət bunu etmək mümkün oldu”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti