Putinlə ilk görüşümüzdə aydın şəkildə dedi ki... - Mişa

09:00 19 İyul 2023

Rusiya Prezidenti Vladimir Putin hələ 2004-cü ildə Ukraynaya müdaxilə etməyi planlaşdırırdı.

Sitat/info xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili "Tayms" nəşri üçün yazdığı məktubda bildirib.

Saakaşvili yazıb ki, Rusiya prezidenti Kremldə ilk görüşündə öz ərazi ambisiyalarından danışıb:

“Hazırda etdiyi hər şeyi o, ilk görüşümüz zamanı mənə az-çox aydın şəkildə söylədi”.

Eks-prezidentin sözlərinə görə, o, Gürcüstana hücumdan sonra Qərb siyasətçilərini Rusiyadan təhlükə barədə xəbərdar edib, lakin onlar reaksiya verməyiblər:

“Qərbə Putinlə bağlı xəbərdarlıq edəndə qeyri-sabit, qəzəbli bir dəli kimi mənə məhəl qoyulmadılar”.



Xəbər xətti