Pakistanda musson yağışları nəticəsində 13 nəfər ölüb

13:31 19 İyul 2023

Pakistanın paytaxtı İslamabadda güclü musson yağışlarının səbəb olduğu fəlakətlər və qəzalar nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

Sitat.info xəbər verir ki, "Geo News" televiziyasında yer alan xəbərə görə, güclü yağış paytaxt İslamabadda can itkisinə səbəb olub.

Paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub.

Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib.

Musson yağışları səbəbi ilə ümumilikdə 13 nəfər həyatını itirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti