Avropa Yunanıstana meşə yanğınları ilə mübarizədə dəstək verib

14:02 19 İyul 2023

Avropa İttifaqı Mülki Müdafiə Mexanizmi tərəfindən verilən açıqlamada meşə yanğınları ilə mübarizə aparan Yunanıstan üçün İtaliya və Fransadan 4 yanğınsöndürmə təyyarəsinin göndərildiyi bildirilib.

Sitat.info xəbər verir ki, Yunanıstanın Attika və Korinf bölgələrində meşə yanğınlarına hava və quru müdaxilələri davam edir.

Yunanıstan Yanğından Mühafizə Xidmətindən verilən açıqlamada: “Bütün qruplar gecə saatlarında yanğına müdaxilə etdi. Qərbi Attikada yanğınla 5 təyyarə və 8 helikopter, Loutrakidəki yanğınla 4 təyyarə və 3 helikopter mübarizə aparır. Attika, Mərkəzi Yunanıstan, Peloponnes, Krit, Kiklad adaları və Şimali Egeydə çox yüksək yanğın riski gözlənilir. Həm yanğınsöndürmə briqadası, həm də bütün müvafiq Mülki Müdafiə orqanlarının qüvvələri olaraq hamımız ayıq-sayıqıq", - deyə qeyd olunub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti