İsveç Bağdad səfirliyinə hücumu pisləyib

16:08 20 İyul 2023

İsveç xarici işlər naziri Tobias Billström İraqın paytaxtı Bağdaddakı İsveç səfirliyinə basqını pisləyib və İraqın Stokholm müvəqqəti işlər vəkilinin nazirliyə çağırıldığını bildirib.

Sitat.info xəbər verir ki, Billström şiə dini və siyasi lideri Müqtəda əs-Sədrin rəhbərlik etdiyi Sədr Hərəkatına bağlı qrupların İsveç səfirliyinin binasına girərək bəzi hissələrini yandırması ilə bağlı yazılı açıqlama verib.

Bənzər bir hadisənin bir aydan az əvvəl yaşandığına diqqət çəkən Billström: "Baş verənlər qəbuledilməzdir və İsveç hökuməti bu hücumları ən sərt şəkildə qınayır", - deyib.

Vyana razılaşmasına görə İraq rəsmilərinin öz ərazilərindəki diplomatik nümayəndəlik və diplomatik personalı qorumaq öhdəliyi olduğunu vurğulayan Billström: "Görünür, İraq rəsmiləri bu öhdəlikləri yerinə yetirə bilməyib", - şərhini verib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti