Tayvan Müdafiə Nazirliyi Çinin adanın ətrafına 26 təyyarə və 7 dəniz vasitəsi göndərdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin açıqlamasında son 24 saat ərzində Çin Xalq Azadlıq Ordusuna (ÇXR) aid 26 təyyarə və 7 dəniz nəqliyyat vasitəsinin Tayvan ətrafında aşkar edildiyi bildirilib.
Təyyarələrdən 13-nün Tayvan boğazını keçdiyi və ya Tayvanın “Hava Hücumundan Müdafiə Təsnifat Bölgəsi” (ADIZ) elan etdiyi əraziyə daxil olduğu qeyd edilib.
Nazirlik vəziyyətin yaxından izləndiyi barədə məlumat paylaşıb.
Qeyd edək ki, iyulun 19-da Tayvanın hava hücumundan müdafiə təyinatlı ərazi kimi elan etdiyi əraziyə ÇXR-ya aid 10 hərbi təyyarə və 7 hərbi dəniz maşınının daxil olduğu açıqlanıb.
Seymur Bənnayev
Sitat.info