İndiyə kimi Laçına nə qədər ailə qayıdıb?

17:45 22 İyul 2023

İndiyədək Laçın şəhərinə 133 ailə, yəni 503 nəfər qayıdıb və daimi məskunlaşması təmin edilib.

Sitat.info xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

İyulun 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 22 ailə - 79 nəfər köçürülüb.



Xəbər xətti