Banqladeşdə dəhşətli qəza: 17 ölü, 35 yaralı

19:15 22 İyul 2023

Banqladeşin cənubunda sərnişin avtobusu yoldan çıxaraq gölməçəyə düşüb.

Sitat.info xəbər verir ki, bu barədə "Dhaka Tribune nəşri məlumat yayıb.

İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb. Nəticədə azı 17 nəfər həlak olub, 35-i yaralanıb.



Xəbər xətti