HAFİZ MƏMMƏDOV HƏBSƏ ALINDI: 1 saylı istintaq təcridxanasına aparıldı - VİDEO

20:58 27 Yanvar 2022

Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Bu barədə mətbuata iş adamının vəkili Orxan Cəfərbəyli məlumat verib.

Onun sözlərinə görə, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”, - deyə Kəngərli bildirib.

Qeyd edək ki, ötən gün məhkəmənin həbs qətimkan tədbiri seçməsindən sonra Hafiz Məmmədov bir neçə saat Yasamal rayon polis idarəsində saxlanılıb, sonra isə 1 saylı istintaq təcridxanasına aparılıb.



Xəbər xətti