Peskov:  "Krım körpüsünə hücum təhlükəsi qalmaqdadır"

14:05 24 İyul 2023

Krımın və Rusiyanın digər regionlarının təhlükəsizliyini təmin edən bütün xidmətlər Ukrayna pilotsuz təyyarələrinə hücum cəhdlərinin artması ilə əlaqədar lazımi tədbirləri görür.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Krımda pilotsuz təyyarələrə hücum cəhdlərini şərh edən Kreml sözçüsü deyib: “Bölgələrimizin təhlükəsizliyinin təmin edilməsində iştirak edən hər kəs, onların hamısı ayıq-sayıqdır, tədbirlər görür”.

Kreml sözcüsü bidlirib ki, Ukrayna son günlərdə dronlarla Rusiya regionlarına hücum cəhdlərinin intensivliyi artırıb”. “Rusiya Federasiyasının regionlarını qorumaq üçün tədbirlər görülür, çox gərgin və gündəlik, gecə-gündüz iş aparılır.

 Krım körpüsünə hücum təhlükəsi qalmaqdadır, bunun üçün daimi yüksək hazırlıq tələb olunur".

Peskov jurnalistlərin hücum təhdidləri ilə bağlı Rusiya prezidenti Vladimir Putindən əlavə göstərişlərin olub-olmayacağı ilə bağlı sualını cavabsız qoyub.

Məğrur,

Sitat.info



Xəbər xətti