Pakistanda musson yağışları can almaqda davam edir: 133 ölü

21:47 24 İyul 2023

Pakistanda son bir ayda yağan güclü musson yağışları nəticəsində yaranan sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 133-ə yüksəlib.

Sitat.info xəbər verir ki, i​​​​​yunun 24-dən Pakistanda təsirli olan musson yağışları ölkədə həyatı iflic edib.

Bu gün edilən açıqlamada, 1 aylıq müddətdə yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayının 133-ə çatdığı deyilib.

Xeybər Paxtunxva əyalətinin Çitral, Dir və Battaqram şəhərlərində sürüşmə səbəbindən yollar nəqliyyatın hərəkətinə bağlansa da, hakimiyyət dağlıq bölgələrdə nəqliyyatın hərəkətini yenidən açmaq üçün səylərini davam etdirir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti