"Rusiya Ukraynada hücum planını dəyişib" - Pentaqon

11:00 26 Mart 2022

Qərb dairələri Rusiyanın Ukrayna ilə bağlı yeni plana əl atdığı barədə məlumatlar yayıb.

Musavat.com bu haqda Ukrayna mediasına istinadən xəbər verir. Məlumata götə, ABŞ hesab edir ki, Rusiya növbəti mərhələdə hücum əməliyyatının uğursuzluğuna görə, Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək. Bu barədə “Reuters” Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən yazıb.

Bildirilir ki, Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Donbasla regionu müdafiə edən Ukrayna ordusunun əlaqəsini kəsməyə çalışacaq.

Cümə günü Rusiya “xüsusi əməliyyatın” birinci mərhələsinin demək olar ki, başa çatdığını və onun əsas diqqətini Donbasın tam “azad edilməsinə” yönəldəcəyini bildirib.

"Onlar buna ən böyük üstünlük verirlər və biz razılaşırıq ki, bizim məlumatlarımız buna uyğun gəlir"-deyə, adının açıqlanmasını istəməyən məmur jurnalistlərə bildirib. ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini izləyir.

"Onlar, əlbəttə ki, bunu özlərinə prioritet hesab etdilər", - nazirlik sözçüsü əlavə edib. Bildirilir ki, rus qoşunları Kiyev yaxınlığında çətin vəziyyətlə üzləşdiyindən müdafiə mövqelərini tutur. Eyni zamanda, Ukrayna ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.



Xəbər xətti