“Dojd” kanalı Rusiyada arzuolunmaz təşkilat kimi tanındı

17:30 25 İyul 2023

“Dojd” telekanalının Latviya və Niderland bölmələri olan “SIA TV Rain” və “TVR Studios B.V.” Rusiyada arzuolunmaz təşkilat kimi tanınıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, təşkilatlar Rusiyada kanalın efirinə, internet səhifəsinə və sosial şəbəkələrinə giriş qadağası qoyulduqdan sonra Rusiya vətəndaşlığı olan Nataliya Sindeyeva tərəfindən yaradılıb.

Qeyd olunur ki, kanalda xarici agent elan edilən işçilər çalışır. Eyni zamanda, telekanal ekstremist, terrorçu və arzuolunmaz təşkilatlara (FBK, “Navalnının qərargahı”), eləcə də xarici agentlərə (“Meduza”, “Azadlıq” radiosu) istinad etməkdə ittiham edilir.



Xəbər xətti