Rəsmi Seul Pxenyanı təxribatlardan əl çəkməyə və dialoqa çağırıb

12:15 26 Mart 2022

Cənubi Koreya Pxenyanı növbəti təxribatlardan çəkinməyə və konstruktiv dialoqa başlamağa çağırır.

SİTAT.İNFO Trend-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın BMT təhlükəsizlik Şurası yanında daimi nümayəndəsi Ço Hyun Şuranın iclası zamanı bildirib.

O, Koreya yarımadasında nüvəsizləşdirmə və davamlı sülh maraqları naminə KXDR-i BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Biz Pxenyanı Koreya Respublikası və ABŞ ilə substantiv dialoqa girməyə çağırırıq”, - Ço Hyun bəyanatında bildirib.

Qeyd edək ki, martın 24-də Pxenyan 2022-ci ildə on ikinci dəfə olaraq qitələrarası ballistik raketin buraxılışını həyata keçirib. Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib ki, yeni raket əvvəlkilərlə müqayisədə tamamilə fərqli səviyyə nümayiş etdirib və hətta ABŞ-ın şərq sahillərinə çata bilmək potensialına malik olub.



Xəbər xətti