İtaliyada meşə yanğını: Uçuşlar dayandırılıb

12:23 26 İyul 2023

İtaliyanın Siciliya adasında başlayan meşə yanğınında alovlar hava limanına yaxınlaşıb. Hava limanında uçuşlar dayandırılıb, yaşayış məntəqələri boşaldılıb.

Sitat.info xəbər verir ki, Avropada həddindən artıq istilərdən sonra başlayan meşə yanğınları İtaliyanı da vurub.

Siciliya adasının Palermo şəhərinin Cinisi qəsəbəsində gecə saatlarında başlayan və temperaturun 47 dərəcəyə çatdığı meşə yanğını küləyin təsiri ilə qısa müddətdə genişlənib.

Yanğınla mübarizə davam edir.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti