Moldova ölkədəki rus diplomatlarının sayının azaldılmasını tələb edir

15:31 26 İyul 2023

Moldova Rusiyanın ölkədəki səfirliyinin işçilərinin sayının azaldılmasını tələb edib. Moskva bu tələbə reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi qərarın əsassız olduğunu bəyan edib.

Sitat.info xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Ölkədəki rus diplomatlarının sayının azaldılması xahişi səfirə çatdırılıb.

Mövzu ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi Kişinyovun qərarını əsassız adlandırıb.

“Səfirlik əməkdaşlarına qarşı casusluq ittihamı əsassızdır, Moskva buna cavab verəcək”, - nazirlik bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti