Ağ Ev: Ukraynanın əks-hücumları kifayət qədər sürətli deyil

14:01 27 İyul 2023

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Rusiyaya qarşı hücumunun dayanmadığını, lakin kifayət qədər sürətlə irəliləmədiyini bildirib.

Sitat.info xəbər verir ki, Kirbi Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukraynanın Rusiyaya hücumu ilə bağlı qiymətləndirmələr edib.

“Sizcə, Ukraynanın Rusiyaya qarşı hücumu ləng gedirmi? sualına Kirbi deyib: "Ukrayna prezidenti Volodimir Zelenski də bildirib ki, proses onların istədikləri qədər sürətlə getmir. Onlar istədikləri kimi irəliləmirlər".

ABŞ-ın bu mövzuda mövqe tutmayacağını ifadə edən Kirbi bildirib: "Ancaq Ukrayna irəliləyir. Bu, fasilə deyil".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti