Filippinin şimalında təsirli olan Doksuri qasırğası nəticəsində həyatını itirənlərin sayı 6-ya yüksəlib.
Sitat.info xəbər verir ki, ölkənin şimalını vuran tayfundan minlərlə insan zərər çəkib, bir çox evin damı uçub.
Rəsmilər Caqayan bölgəsində təxminən 16 min insanın evlərindən təxliyə edildiyini, bəzi qəsəbələrdə daşqınların, bəzi bölgələrdə isə torpaq sürüşmələrinin baş verdiyini açıqlayıb.
Benguet əyalətində torpaq sürüşməsi nəticəsində torpaq altında qalan evdə 4 nəfər, ölkənin şimalındakı Baguio şəhəri və İsabela əyalətində isə hər birində bir nəfər nəfər həyatını itirib.
Seymur Bənnayev
Sitat.info