Brent markalı neftin bir bareli 83,58 dollardır

12:36 28 İyul 2023

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 83,58 dollara satılır.

Sitat.info xəbər verir ki, dünən 84,08 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 83,79 dollarla tamamlayıb.

Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:49-da bağlanış tarixi ilə müqayisədə 0,25 faiz azalaraq 83,58 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 79,91 dollardan alıcı tapıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti