Putin: ABŞ, NATO və Ukrayna Rusiya ilə danışıqlardan imtina edir

17:35 28 İyul 2023

Rusiya prezidenti Putin Ukrayna böhranının həlli üçün danışıqların aparılmalı olduğunu bəyan edərək deyib: “Münaqişə ABŞ və NATO-nun Rusiyanın təhlükəsizliyinə təhdid yaratması ilə bağlıdır və onlar Rusiya da daxil olmaqla hamı üçün bərabər təhlükəsizlik məsələlərində danışıqlar aparmaqdan imtina edirlər. Ukrayna rejimi də danışıqlardan imtina edir”.

Sitat.info xəbər verir ki, Putin, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində Afrika ölkələrinin liderlərinin bir araya gəldiyi toplantıda çıxış edib.

Ukrayna böhranının həlli ilə bağlı danışıqların əhəmiyyətinə işarə edən Putin: "Bütün problemlər danışıqlar yolu ilə həll edilməlidir, lakin problem bizimlə danışıqlardan imtina etmələridir", - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti