Baxmutda müəmmalı sakitlik: ruslar nəyə hazırlaşır?

09:15 31 İyul 2023

Ukrayna Silahlı Qüvvələrinin cinahlarda aktiv hərəkətləri nəticəsində Baxmutun mərkəzində qəfil sakitlik yaranıb.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın 17-ci əlahiddə tank briqadasının aviakəşfiyyat şöbəsinin komandiri Vyaçeslav Vorobyov deyib.

"Bu gün təəccüblü dərəcədə sakitlik var. Bu, Ukrayna Silahlı Qüvvələrinin Baxmut cinahlarındakı fəallığı ilə bağlıdır. İndi Baxmutun mərkəzində daha fəal birlik işləyir. Ukrayna aviasiya kəşfiyyatı Baxmutun özündə fəal şəkildə fəaliyyət göstərir və düşməni gərgin vəziyyətdə saxlamaq üçün hədəflər üzərində işləyir. Ruslar həqiqətən də nəyin bahasına olursa olsun, Baxmutu saxlamağa çalışırlar", - o bildirib.



Xəbər xətti