Qaçaq Mayılın qızı vəfat etdi

10:15 31 İyul 2023

Xalqımızın qəhrəman oğlu, uzun illər Şura hökumətinə qarşı dəyanətlə mübarizə aparmış tarixi şəxsiyyət Qaçaq Mayılın qızı Seyrə xanım 101 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, Seyrə xanım bu gün saat 13-də Qonaqkənddə, atasınun uyuduğu məzarlıqda torpağa tapşırılacaq.

Sənəddə təvəllüdü 1922-ci il göstərilən, özünün söylədiyində isə doğum ili təxminən 1916-cı ilə təsadüf edən Seyrə xanım tez-tez “Ay işığı” ədəbi məclisinin qonağı olub, Qaçaq Mayılın taleyi və mübarizə yolu haqqında çox mətləbləri anladıb, çox sirləri açıb.



Xəbər xətti