Kanadada yanğınlarda həlak olan yanğınsöndürənlərin sayı 3-ə çatıb

13:25 31 İyul 2023

Kanadada davam edən və "ölkə tarixinin ən böyük yanğını" olaraq qeyd edilən meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəldi.

Sitat.info xəbər verir ki, "BBC"nin xəbərinə görə, rəsmilər Kanadanın Britaniya Kolumbiyası bölgəsində meşə yanğınları ilə mübarizədə bir yanğınsöndürən öldüyünü açıqlayıb.

Beləliklə, builki meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

Kanadada nəzarət altına alına bilməyən yanğınlar səbəbiylə sakinlər cənubda ABŞ sərhədinə doğru təxliyə edilib. Davam edən yanğınların üçdə birinin Britaniya Kolumbiyası bölgəsində olduğu açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti