İsrail hərbçiləri 3 fələstinlini yaraladı

16:40 31 İyul 2023

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində Ramallah yaxınlığındakı bir kəndə təşkil etdiyi basqında 3 fələstinli real güllə yarası alıb.

Sitat.info xəbər verir ki, Ramallahın şərqindəki Muğayyir kəndinə basqından sonra Kənd Şurasının sədri Emin Ebu Alya verdiyi açıqlamada İsrail qüvvələrinin kəndə basqın etdiyini bildirib.

Əbu Alya basqın zamanı İsrail qüvvələrinin real və rezin güllələrlə gözyaşardıcı qazdan istifadə etdiyini, 3 fələstinlinin isə canlı güllələrdən yaralandığını bildirib.

Seymur Bənnayev

Sitat.indo



Xəbər xətti