Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın Rusiyadakı mülki strukturlara hücum edərək ABŞ-ı şantaj etdiyini bildirib.
"Ukrayna prezidenti Vladimir Zelenski mülki infrastruktura terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükə qarşısında qoyur", - Zaxarova bildirib.
Sitat.info xəbər verir ki, Zaxarova Ukraynanın Moskvaya PUA hücumlarını dəyərləndirib.
Zelenskinin bu hücumlarla ABŞ üçün təhlükə yaratdığını deyən Zaxarova eyib ki, Zelenski mülki infrastrukturlara terror hücumları həyata keçirməklə Vaşinqtonu təhlükəyə atmaqdadır. ABŞ prezidenti Co Bayden "terror dövlətinin sponsoru" anlayışı ilə öz tələsinə düşür.
Ukraynanın sözügedən hücumlarla daha çox dəstək almağa çalışdığını vurğulayan Zaxarova, deyib ki, bu hücumlar Zelenskiyə bu niyə lazımdır: "Birincisi, çünki o belədir, çürüyüb və qaranlıq tərəfə xidmət edir. İkincisi, Ukrayna daha çox Ağ Evi şantaj edərək yardım tələb edir”.
Məğrur,
Sitat.info