Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak bildirib ki, tezliklə müharibə tamamilə Rusiya ərazisinə keçəcək.
Sitat.info xəbər verir ki, Podolyak sosial media hesabında Moskvaya edilən dron hücumlarını dəyərləndirib.
Podolyak deyib: "Moskva sürətlə tammiqyaslı müharibəyə alışır və bu müharibə tezliklə tamamilə "müharibə müəlliflərinin" ərazisinə keçəcək və bütün borcları onlardan alacaq. Rusiyada bundan sonra baş verəcək hər şey obyektiv tarixi bir dövrdür. Daha çox naməlum PUA-lar, daha çox çöküşlər, daha çox daxili qarşıdurmalar, daha çox müharibələr olacaq”.
Seymur Bənnayev
Sitat.info