"Dağlıq Qarabağ"a humanitar karvan göndərilməsinin Azərbaycan hakimiyyəti ilə razılaşdırılmamasına baxmayaraq, Rusiya sülhməramlı kontingenti problemin həlli yollarının axtarışına fəal qoşulub və hər iki tərəflə daimi təmaslar qurub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib.
“Bunun fonunda biz hesab edirik ki, Rusiya sülhməramlılarına qarşı hər hansı ittihamlar əsassızdır, onların yer üzündə vəziyyəti sabitləşdirmək səylərinə real töhfəsini əks etdirmir. Ona görə də əlaqələr qurulub və düşünürəm ki, danışıqlar nəticəsi verəcək”, - Zaxarova bildirib.
Nərgiz,
Sitat.info