Rusiya hökuməti Norveçin rus diplomatları üçün qeyri-dost ölkələr siyahısına daxil edildiyini bildirib.
Sitat.info xəbər verir ki, Rusiya hökumətinin açıqlamasında bildirilir ki, Norveç Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri edən xarici ölkələr siyahısına daxil edilib.
Açıqlamada vurğulanıb ki, sözügedən qərara uyğun olaraq, Norveçin Rusiyada işlədə biləcəyi yerli kadrların sayı 27 nəfərlə məhdudlaşdırılıb.
Qeyd edək ki, Norveç aprel ayında 15 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Seymur Bənnayev
Sitat.info