İsveçin paytaxtı Stokholmda yenidən Qurani-Kərimə hücum edilib.
Sitat.info xəbər verir ki, İsveçin Stokholmun Bromma rayonundakı Angbybadet çimərliyində 47 yaşlı İran əsilli Bayrami Mərcan polisin himayəsi altında Qurani-Kərimin yandırılması ilə bütün dinlərin məhv edilməsinin lazım olduğunu müdafiə edib.
Mərcan manqalda Quran yandırarkən, polis ərazidə təhlükəsizlik tədbirləri görüb.
Seymur Bənnayev
Sitat.info