UNICEF: Nigeriyanın şimal-şərqində 1,6 milyon uşağın təhsilə ehtiyacı var

21:21 3 Avqust 2023

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu terror hadisələrinin baş verdiyi Nigeriyanın şimal-şərqində 1,6 milyon uşağın təhsilə ehtiyacı olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Borno Ofisinin sahə direktoru Phuong Nguyen verdiyi açıqlamada, Boko Haram və ISWAP terror təşkilatının Borno, Adamava və Yobe əyalətlərinin şimal-şərqindəki hücumlarından ən çox uşaqların təsirləndiyini söyləyib.

Terror hücumları səbəbiylə 1,6 milyon uşağın təhsilə ehtiyacı olduğunu bildirən Nguyen deyib: "Məktəbə gedənlərin 72 faizi 6-cı sinifdən sonra sadə mətni belə oxuya bilmir. Müvafiq əsas və köçürülə bilən bacarıqları əldə edə bilməyən uşaqlar  məktəbdə və həyatda uğur qazana bilməz".

Nguyen, UNICEF-in Nigeriyada təhsilə dəstəyi artırmağa çalışdığı üçün heç bir uşağı tərk etməməkdə qərarlı olduğunu söylədi.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti