Ukrayna: Ərdoğan Putini taxıl müqaviləsinə qaytara biləcək yeganə liderdir

21:31 3 Avqust 2023

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini Qara dəniz taxıl dəhlizi sazişinə qaytara biləcək yeganə liderdir.

Sitat.info xəbər verir ki, Kuleba Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı Ukrayna dövlət agentliyi Ukrinforma açıqlama verib.

Rusiyanın razılaşmanı dayandırdığını xatırladan Kuleba, Putinin bu razılaşmaya qayıtması ilə bağlı Ukraynanın Türkiyə ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

"Ukrayna Putinin Qara Dəniz Taxıl Dəhlizi Sazişinə qayıtması üçün Ərdoğanla koordinasiyadadır. Ərdoğan bu məsələdə Zelenski ilə koordinasiyadadır. Bu, hər iki tərəf üçün faydalıdır. Putini razılaşmaya qaytara biləcək yeganə lider Ərdoğandır", - Kuleba deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti